Aynur Sabitova yeni vəzifəyə təyin edilib

12:18 - 16 May 2024 - Xəbər

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.

Ucnoqta.az Pravda.az-a istinadən xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir.

Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Xəbər xətti