İzmirdə doğulan 430 qram çəkisi vaxtından əvvəl doğulan körpə doğulduqdan bir gün sonra ürəyindən keçirilən əməliyyatla sağlamlığına qovuşub.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buca rayonunda yaşayan Yasemin Güvən in vitro mayalanma müalicəsi nəticəsində hamilə qalıb.
Əkiz uşaq gözləyən ana hamiləliyinin 23-cü həftəsində əkizlərini vaxtından əvvəl dünyaya gətirən ananın oğlan uşağı doğuşdan 2 saat sonra beyin qanaması nəticəsində dünyasını dəyişib.
Digər körpəni müayinə edən həkimlər doğumdan sonra bağlanmalı olan ürək damarının açıq qaldığını təyin edib.
Ürək-damar Cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Mustafa Karaçelik və komandası 430 qram ağırlığında dünyaya gələn qız uşağı reanimasiya şöbəsində əməliyyat keçirib. Əməliyyatdan sonra ürəyi normallaşan və həyata yapışan körpəyə Çiçək adı verilib.
"Uşaq bətnində olarkən bu damar körpədə açıq qalmalıdır, ancaq doğulan kimi ilk nəfəslə bağlanmalıdır. Bağlanmayan körpələrdə əvvəlcə dərmanla bağlanmağa çalışılır. Doğum çəkisi azdır, dərmanlar müvəffəqiyyətli ola bilməz, əgər əməliyyat olmasaydı, ürək çatışmazlığı inkişaf edərdi, bir müddət sonra respiratorla həyatına davam etməli idi" - həkim bildirib.
25 həftəlik körpənin həyati təhlükəsinin olmadığını və bir müddət daha reanimasiyada müalicə olunacağı bildirilib.