200 il əvvəl yoxa çıxan rəsm əsəri tapılıb

13:41 - 12 Aprel 2024 - MARAQLI

Madriddə məşhur ispan rəssamı Fransisko Qoyanın (1746-1828) təxminən 200 il əvvəl yoxa çıxmış rəsm əsəri aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, kətanda kral VII Ferdinandın (1784-1833) portreti təsvir olunub. 216 il əvvəl Talavera de la Reina bələdiyyəsinin səlahiyyətliləri Qoyaya rəsm çəkməyi tapşırıblar, lakin Yarımada Müharibəsi zamanı (1808-1814) əsər yoxa çıxdı. Lakin 1813-cü ildə Fransanın məğlubiyyətindən sonra İspaniya bəzi rəsm əsərlərini, o cümlədən Qoyanın çəkdiyi portreti geri qaytara bilib. Əsər Vellinqton hersoquna təqdim edilmiş, nəticədə İngiltərənin mülkiyyətinə çevrilmiş və illər sonra hərraca çıxarılıb.

İncəsənət qiymətləndiricisi Xavyer Qalleqo rəsm əsərini kəşf etməyi bacarıb. O hesab edir ki, portretin qiyməti 15-20 milyon avro təşkil edir. Mütəxəssisin dediyi kimi, bu yaxınlarda ona vəkil zəng edib və bildirib ki, müştərilərindən biri əsərin hazırkı sahibidir. Rəsm bir neçə il əvvəl hərracda alınıb.

Fransisko Qoya romantik dövrün ilk və ən görkəmli təsviri sənət ustalarından biridir. Onun əsərləri dünyanın bir çox digər məşhur muzeylərində də nümayiş etdirilir.

Xəbər xətti