Vilayət Eyvazov mayoru yeni vəzifəyə təyin etdi

12:25 - 9 Aprel 2024 - Xəbər

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi, polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəisi müavini təyin olunub.

Xəbər xətti