"Hər il MİQ-dən kənarda qalan on minlərlə müəllim..." - Ekspertdən təklif

00:54 - 9 Aprel 2024 - Cəmiyyət

Hər il Müəllimlərin İşə qəbulu üzrə imtahanlarda 45-50 min nəfər mübarizə aparır. Onlar üçün 8-9 min vakant yer ayrılır. Kənarda qalan onminlərlə müəllim isə əlacsız vəziyyətdə ya növbəti ilə hazırlaşır, ya repetitorluğa keçid alır, ya da ümumiyyətlə bu sahədən bezərək tamam fərqli sahəyə üz tutur. Bəs nə etməli?

Ucnoqta.az xıbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert təklif edir ki, mövcud vəziyyəti dəyərləndirərək vakant yerləri tutan əsas müəllimlərlə paralel həmin yerlərə köməkçi müəllimlər üçün də vakansiya olsun:

"Hazırda müəllimlər 45 dəqiqəyə yazı-pozu işləri ilə paralel 28-50 aralığı uşaqla məşğul olmaqda çətinlik çəkir. O zaman köməkçi müəllimlər dövriyyəyə daxil olar. Bu həm təhsil göstəricilərinə fayda verəcək, həm əsas müəllimə daha çox öyrətmək üçün vaxt qazandıracaq, eyni zamanda da köməkçi müəllimin özünüinkişafına mühüm töhfə vermiş olacaq. Kimsə maliyyə məsələsini düşünürsə, zatən sağa-sola kifayət qədər maliyə ayrılır, qrantlar paylanır, xərclənir və s. Bu proses həm də bu istiqamətdə işsizliyin də qarşısını almaqda faydalı olar".

Xəbər xətti