Məşhur “WhatsApp” messencerində media fayllarını sürətlə göndərmək üçün yeni funksiya var.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Mütəxəssislər WhatsApp-ın foto və videolar kitabxanasına girişi sadələşdirdiyini bildiriblər. Mütəxəssislərin fikrincə, istifadəçilər artıq əlavə addımlar atmadan, çatda plus işarəsini saxlamaqla qalereyanı sürətlə aça bilərlər.
Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan “WhatsApp” proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün foto kitabxananın tez açılması funksiyası əlçatandır.