Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.
Bu barədə Ucnoqta.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:
"Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq" - məlumatda bildirilir.