İş yerini dəyişdirmək istəyən müəllimlərin nəzərinə: Saat 11:00-da ...

10:43 - 8 Aprel 2024 - Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu gün saat 11:00-da başa çatacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Xəbər xətti