DTX dövlətə xəyanətdə ittiham olunan qadını Həbs etdi

15:58 - 2 Aprel 2024 - Xəbər

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

"Report"un əldə etdiyi məlumata görə, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti