Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik - Nazir

11:50 - 2 Aprel 2024 - Cəmiyyət

Azərbaycan dövlətinin siyasətində Azərbaycan vətəndaşının rifahı öndə tutulur.

APA xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir xatırladıb ki, son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib.

“Sosial islahatlar davam edəcək. Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik” - deyə nazir əlavə edib.

Xəbər xətti