Bulvar İdarəsinin yeni sədri kollektivə təqdim olundu

14:03 - 30 Yanvar 2024 - Xəbər

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib.

Ucnoqta.az xəbər verir ki, o, genişmiqyaslı quruculuq işləri nəticəsində dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarı ərazisinin 215 hektara, uzunluğunun isə 16,7 kilometrə çatdırıldığını qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 29-da imzaladığı müvafiq sərəncamla Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Xəbər xətti