“Sevincimiz 15 dəqiqə çəkdi” - Üçəmlərin atası

00:20 - 10 Yanvar 2024 - Cəmiyyət

Respublika Perinatal Mərkəzində baş verən yanğın zamanı təxliyə olunan körpələr arasında üçəmlər də olub.

Ucnoqta.az xəbər verir ki, 15 ildən sonra dünyaya gələn körpələri və ananı təxliyə edən xilasedicilər onları yaxınlıqda yerləşən Xətai Tibb Mərkəzinə yerləşdiriblər. 

Ermənilərin atası Rahid Zeynalovun sözlərinə görə, hadisə baş verən zaman o da mərkəzdə olub, dərman alıb geri qayıdanda anidən mərkəzin dördüncü mərtəbəsində yanğın baş verdiyini görüb.

"15 illik həsrətimiz cəmi 15 dəqiqə sevincə səbəb oldu. Uşaqlar doğulandan 15 dəqiqə bu hadisə başımıza gəldi", - o deyir.

Ata uşaqların və ananın vəziyyətinin stabil olduğunu vurğulayıb.

Ətraflı aşağıdakı süjetdə:

Xəbər xətti