Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır

17:14 - 9 Yanvar 2024 - Xəbər

Bakıda özəl klinikada 53 yaşlı qadının ölümü araşdırılır.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Xəbər xətti