Eskalasiyanın qarşısını almağın ən yaxşı yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Əlbəttə ki, indi belə bir razılaşma olmadığı üçün bunu tamamilə istisna etmək olmaz. Amma son vaxtlar Ermənistanla Azərbaycan sərhədində sabitlik var. Elə oldu ki, 5-6 gün ərzində bir dəfə də olsun atəş açılmayıb", - o, bildirib.