ATU-nun tələbəsi vəfat edib

18:08 - 7 Yanvar 2024 - Cəmiyyət

Azərbaycan Tibb Universitetinin tələbəsi vəfat edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi olan Musayeva Aytən İlkin qızı qəfil dünyasını dəyişib.

Məlumata əsasən, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.

Xəbər xətti