Agentlik banket üçün nəzərdə tutulan arağı artırdı, yoxsa azaltdı? - FOTO

10:45 - 7 Yanvar 2024 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi (DTA) “Qərbi Azərbaycan Mətbəxinin təqdimi” adlı tədbirin keçirilməsi üçün elan etdiyi tender müzakirələrə səbəb olmuşdu. Belə ki, tədbirdə iştirak edəcək qonaqlar üçün 3 min ton ərik arağı alınması sosial şəbəkələrdə geniş tənqid olunmuşdu. DTA açıqlama verərək tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatların düzgün anlaşılmadığını, ölçülərin kiloqramla və litrlə göstərilsə də, “ton” olaraq başa düşüldüyünü” bildirmişdi.

Ucnoqta.az xəbər verir ki, Agentlik elan olunan tenderdə dəyişiklik də edib. Belə ki, nəzərdə tutulan içkinin 15 litr olduğu qeyd edilib. Qeyd edək ki, əvvəlki elanda ərik arağının 3 ton və ya 3 litr olduğu bildirilirdi. 

DTA-nın banket üçün nəzərdə tutduğu ərik arağının miqdarını azaltdığı və ya artırdığı müəmma olaraq qaldı.


Xəbər xətti