Türk Hava Yolları 5 "Boeing 737 MAX 9" təyyarəsini yoxlama üçün dayandırıb

08:59 - 7 Yanvar 2024 - Xəbər

Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları ABŞ-da Alyaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 təyyarəsindəki insidentdn sonra istismarda olan 5 təyyarəni müvəqqəti olaraq yoxlamadan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin aviadaşıyıcısının baş vitse-prezidenti Yəhya Üstün X sosial şəbəkəsində yazıb.

"Alyaska Hava Yollarına məxsus təyyarə ilə baş verən insidentdən sonra Türk Hava Yolları donanmasına aid 5 Boeing 737 MAX 9 təyyarəsi yoxlanılması üçün tələb olunub. Texniki araşdırmanın tamamlanmasını gözləyən Türk Hava Yolları bu beş təyyarəni olduqları birinci hava limanında xidmətdən çıxarmağa qərar verib”, – Ustyun qeyd edib.

Xəbər xətti