Xəbər verdiyimiz kimi, Nikita Xruşşovun nəvəsi Moskvada vəfat edib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun nəvəsi Moskvada vəfat edib.
Məlumata görə, məşhur dövlət xadiminin nəvəsi dostu ilə əlaqəni kəsib, o, mənzilin qapısını açmayıb. Narahat olan dostu hüquq-mühafizə orqanlarına və tibb xidmətlərinə müraciət edib.
“Mash”ın məlumatına görə, 69 yaşlı Aleksey Adjubey (Xruşşovun qızı Rada Nikitiçnanın oğlu) Tverskaya küçəsindəki mənzilində dünyasını dəyişib. O, dostuna zəng edərək özünü pis hiss etdiyini bildirmişdi.
Onun ölüm səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.