Aygün Bəylər vəfat edib? YENİLƏNİB

21:48 - 6 Yanvar 2024 - Cəmiyyət

Saytlarda yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib.

Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib.

“Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib.

Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.

Ucnoqta.az xəbər verir ki, Əməkdar artistin rəsmi İnstaqram hesabında vəziyyətinin ağır olduğu bildirilir.

20:53

Əməkdar artist Aygün Bəylər vəfat edib. 

Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dnüyasını dəyişib. 

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib. 

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib. 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb. 


Xəbər xətti