Günəşdə güclü partlayış olub

12:09 - 1 Yanvar 2024 - Cəmiyyət

2017-ci ildən bəri ən böyük günəş partlayışı Yeni il ərəfəsində baş verib

Ucnoqta.az xəbər verir ki, partlayış günəş ləkələrinin hərəkəti nəticəsində ulduzun tacında maqnit və elektrik enerjisinin toplanması səbəbindən müəyyən ərazidə baş verib.

“Dünən bu sahə Günəşin əks tərəfində idi və yalnız bu gün Yerin baxış sahəsində göründü. Bu səbəbdən əvvəllər burada baş verən prosesləri müşahidə etmək mümkün olmadığından belə güclü partlayış tamamilə gözlənilməz oldu. Ola bilsin ki, görünən tərəfə çatmazdan əvvəl bölgə artıq arxa tərəfdə yer alətlərindən gizli qalan bir neçə böyük partlayış törədib”, - alimlər təklif ediblər.

Xəbər xətti