Azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər yenidən sertifikatlaşdırmadan keçməyəcəklər.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, həmçinin, uşağını təkbaşına böyüdən kişilər də setifikatlaşdırmaya cəlb olunmayacaq.
Eyni zamanda, aşağıdakı təhsilverənlər də sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq
vəzifədə (peşədə) çalışan qadınlar;
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində.
60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.///APA