30 dekabr elm və təhsil naziri Emin Əmrullayevin doğum günüdür.
Ucnoqta.az xəbər verir ki, nazirin 40 yaşı tamam olur.
Emin Əmrullayev 1982-ci ildə anadan olub.
O, Bakının Yasamal rayonunda yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alıb.
1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
2003-cü ildə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından "İnzibati idarəetmə" ixtisası üzrə məzun olub.
2004-cü ildə Budapeştdə Avropa Hüquqları Mərkəzində çalışan Emin Əmrullayev, 2005-2007-ci illərdə Katolik Yardım Xidmətində proqramçı, 2005-2009-cu illərdə isə Qafqaz Universitetində müəllim olaraq çalışıb.
Emin Əmrullayev 2012-ci ildə ABŞ-ın Kolumbiya Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təsil almış şəxs kimi ehtiyat kadrlar siyahısına daxil edilib.
2013-cü ildə Elm və Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri təyin edilib.
E.Əmrullayev daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
E.Əmrullayev 27 iyul 2020-ci ildən təhsil naziri vəzifəsində çalışır.