Ermənistan 8 sərhəd kəndinlə bağlı həlli variantlarını Azərbaycana təqdim edib

12:48 - 29 Dekabr 2023 - Xəbər

Ermənistan Azərbaycanın iddia etdiyi 8 sərhəd kəndinin probleminin həlli variantlarını təqdim edib

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

"Hüquqi əsasları müəyyən etmək lazımdır. Çünki bu ərazilərdən sadəcə danışmaq bir şeydir, hüquqi əsaslara gəldikdə isə başqa şeydir. Bundan sonra ya mübadilə (anklavların - red.) aparılacaq, ya da yerlərdə bəzi qərarlar qəbul ediləcək”, - nazir deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesləri bu suallara cavab verəcək.

Xəbər xətti