Ermənistan Azərbaycanın iddia etdiyi 8 sərhəd kəndinin probleminin həlli variantlarını təqdim edib
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
"Hüquqi əsasları müəyyən etmək lazımdır. Çünki bu ərazilərdən sadəcə danışmaq bir şeydir, hüquqi əsaslara gəldikdə isə başqa şeydir. Bundan sonra ya mübadilə (anklavların - red.) aparılacaq, ya da yerlərdə bəzi qərarlar qəbul ediləcək”, - nazir deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesləri bu suallara cavab verəcək.