Külək paytaxtda fəsadlar törətdi - 27 ağac aşıb

12:11 - 28 Dekabr 2023 - Cəmiyyət

Bakının müxtəlif ərazilərində 27 ədəd ağac aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.

Xəbər xətti