Bakının bir yolunda sürət həddi azaldıldı - FOTO

09:51 - 28 Dekabr 2023 - Cəmiyyət

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava limanı yolunda sürət həddi 20 km/saat azaldılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, Aeroport şosesində isə məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Xəbər xətti