Elvin Basqallının ölüm xəbəri yayıldı - FOTO

10:33 - 27 Dekabr 2023 - Cəmiyyət

Məşhur aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

Ucnoqta.az xəbər verir  ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən aparıcı yayılan məlumatdan sonra ona çoxsaylı zənglər gəldiyini bildirib:

""Tik-tok"-da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?"


Xəbər xətti