Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.