Ucnoqta.az
www.ucnoqta.az

Qatarların hərəkəti bərpa olundu

23:17 - 25 Dekabr 2023 tarixində dərc olunub.

Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.

Müəllif: Ucnoqta.az redaksiyası