Bu gündən "Bakıkart" ödəniş kartlarında problem yaranıb
Ucnoqta.az xəbər verir ki, sərnişinlər gediş kartlarına vəsait yükləməkdə çətinlik çəkib. Yüklənən məbləğ isə kartda əks olunmur.
"Bakıkart"ın istifadəyə verdiyi mobil tətbiq də işləmir. Hazırda mobil tətbiqdə texniki işlərin görüldüyü qeyd olunur.
"Bakıkart"ın əlaqə üçün telefon nömrələri də zənglərə cavab vermir.