Dekabrın 19-da Azərbaycandan 36 ton (612 min ədəd) həcmində yumurtanın ilk partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytında yerləşdirilən məlumatda deyilir.
Son aylar məhsulun kəskin bahalaşması fonunda hökumət yumurtanın rüsumsuz idxalına icazə verib. İlin əvvəlindən onların dəyəri 36,63 faiz, noyabrda isə ayrılıqda 15 faiz artıb.