Qəzzada daha bir İsrail hərbçisi həlak olub

08:41 - 7 Dekabr 2023 - Xəbər

Son 24 saat ərzində Qəzza zolağının şimalında gedən döyüşlərdə bir İsrail əsgəri ölüb, biri isə ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

Məlumata görə, ölkənin şimalında gedən döyüşlər zamanı maddi-texniki təchizat bölməsində kəşfiyyatçı vəzifəsində xidmət edən 39 yaşlı baş serjant həlak olub, Givati ​​briqadasının 424-cü batalyonunun əsgəri isə ağır yaralanıb.

Xəbər xətti