Yollarda tıxac var - Siyahı

08:39 - 7 Dekabr 2023 - Xəbər

Bakının bir sıra küçə və prospektlərində tıxac müşahidə olunur.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:

1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Zərifə Əliyeva küçəsində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti