Binədə 13 yaşlı oğlan itkin düşüb

10:10 - 5 Dekabr 2023 - Cəmiyyət

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

Suraxanı rayonu, Binə Südçülük sovxozu deyilən ərazidə yaşayan, 2010-cu il təvəllüdlü Ömər Heydərov ötən gün səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Ailəsi tərəfindən polisə müraciət daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.///APA

Xəbər xətti