Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlandı

19:05 - 4 Dekabr 2023 - Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (27.10.2023 - 03.11.2023) açıqlanıb.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575, 9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti