Ramanada Cabir Novruz küçəsi təmir olunur

12:19 - 4 Dekabr 2023 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Xəbər xətti