Agentlik abonentlərdən üzr istədi: Su olmayacaq ...

19:47 - 29 Noyabr 2023 - Xəbər

Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Xəbər xətti