Axtarışda olan şəxs sərhədi pozarkən saxlanılıb

14:50 - 16 Noyabr 2023 - Xəbər

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti