Moskvadan Ermənistana uçan təyyarə hava limanına enə bilməyib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən təyyarələr Yerevan Zvartnots hava limanına enə bilmir.
Moskva-Yerevan reysini yerinə yetirən FlyOne aviaşirkətinin təyyarəsi qatı duman səbəbindən Yerevana eniş etmək mümkün olmadığı üçün Tbilisiyə doğru hərəkət edib.