Moskvadan Ermənistana uçan təyyarə hava limanına enə bilmədi

11:27 - 16 Noyabr 2023 - Xəbər

Moskvadan Ermənistana uçan təyyarə hava limanına enə bilməyib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən təyyarələr Yerevan Zvartnots hava limanına enə bilmir.

Moskva-Yerevan reysini yerinə yetirən FlyOne aviaşirkətinin təyyarəsi qatı duman səbəbindən Yerevana eniş etmək mümkün olmadığı üçün Tbilisiyə doğru hərəkət edib.

Xəbər xətti