Hazırda Qarabağ iqtisadi rayonu və Xankəndi ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərlə deyib.
DMX rəisi bildirib ki, məsələ ilə bağlı müvəqqəti qərargah yaradılıb, işlər mərkəzləşdirilmiş qaydada aparılır:
“Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.