Şeyxin qızı klinika rəhbərliyindən getdi - “Zəhra Clinic”in yeni rəhbəri kimdir?

18:18 - 15 Noyabr 2023 - Cəmiyyət

"Zəhra Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.

Ucnoqta.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib. 

V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın  nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.

Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.

Xəbər xətti