Bakıda mağazadan 80 min manatlıq oğurluq olub

10:38 - 15 Noyabr 2023 - Xəbər

Bakıda mağazadan oğurluq olub.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Xəbər xətti