Qulaqcıqların tez-tez istifadəsi qulaq kanallarında bakteriyaların sayının artmasına səbəb ola bilər ki, bu da daha da yoluxucu xəstəliklərə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Manipul Universitetinin və ABŞ-ın Merilend ştatının Bethesda şəhərində yerləşən Dəniz Tibb Tədqiqat İnstitutunun alimlərinin tədqiqatlarına istinadən BBC Science Focus məlumat yayıb.
İlk araşdırma, qulaqlıqların qulaqlarda adi bir dəri bakteriyası olan stafilokokun müxtəlif suşlarının populyasiyasını artırdığını aşkar edib. İkinci halda isə alimlər müəyyən ediblər ki, bir saat qulaqcıq taxdıqdan sonra onların qulaqcıqlarında bakteriyaların sayı 11 dəfə artıb. Tədqiqat aviaşirkətlərin təyyarələrdə istifadə etdiyi steril qulaqlıqlar üzərində aparılıb.
Məlumata görə, qulaqcıqların taxılması nəticəsində yaranan bakteriyaların artmasının qulaq infeksiyalarının tezliyi ilə əlaqəli olduğuna dair heç bir sübut yoxdur. Bununla belə, bəzi tədqiqatlar göstərir ki, qulaqcıqlıqların tez-tez çıxarılması qulaqların dərisinin zədələnməsinə səbəb ola bilər. Yaranan aşınmalar vasitəsilə bakteriyalar bədənə daxil ola və yoluxucu iltihaba səbəb ola bilər.