Bu gündən istilik mövsümü başlayır

00:01 - 15 Noyabr 2023 - Cəmiyyət

Noyabrın 15-dən Azərbaycanda istilik sisteminin verilməsinə başlanılır.

Ucnoqta.az xəbər verir ki, bu gündən “Azəristiliktəchizat” ASC Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək.

"Azəristiliktəchizat"ın xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərinə nəzərdə tutulur.

Qaydaya əsasən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı rayonlarına sözügedən tarixlərdə istilik verilir.
 

Xəbər xətti