Türkiyənin Aralıq dənizindəki Yumurtalık limanında Liberiya bayrağı altında üzən yük gəmisində kokain daşınması aşkar edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya X sosial şəbəkəsindəki səhifəsində yazıb. Nazir qeyd edib ki, gəminin kapitanı və ekipaj üzvləri narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün sahilə çıxarılıb.