Türkiyədə Liberiya bayrağı altında üzən gəmidə 52 kq kokain müsadirə edilib

11:04 - 14 Noyabr 2023 - Xəbər

Türkiyənin Aralıq dənizindəki Yumurtalık limanında Liberiya bayrağı altında üzən yük gəmisində kokain daşınması aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya X sosial şəbəkəsindəki səhifəsində yazıb. Nazir qeyd edib ki, gəminin kapitanı və ekipaj üzvləri narkotik qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün sahilə çıxarılıb.

Xəbər xətti