1962-ci ilin "Ferrari"si hərracda rekord qiymətə satıldı

07:28 - 14 Noyabr 2023 - AVTO

1962-ci il istehsalı olan Ferrari 250 GTO yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda rekord məbləğə - 51,7 milyon dollara satılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sotheby's hərrac evinin saytında məlumat yayılıb. 

1974-1985-ci illərdə avtomobil Amerikanın Ferrari Club of America təşkilatının sədrinə və son 38 ildə avtomobil ABŞ-da kolleksiyaçıya məxsus olub.

Britaniya və italyan yarış sürücüləri Mayk Parkes və Lorenzo Bandini bu Ferrari-ni 1962-ci ildə Le Manda 24 Saat yarışında İtaliyanın Scuderia Ferrari yarış komandası üçün sürmüşdülər.

Xəbər xətti