Sosial şəbəkələrdə böyük marağa səbəb olan videonu hazırlayan gəncdən AÇIQLAMA - VİDEO

12:00 - 12 Noyabr 2023 - Cəmiyyət

Sosial şəbəkələrdə yayılan və izləyənlərin marağına səbəb olan video təəccüb doğurub.

Videoda yol polisindən qaçan “Prius”un dənizə düşməsi əks olunub.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu videonun real olduğunu düşünüb. Halbuki video gerçək deyil və xüsusi kompüter proqramları vasitəsi ilə Elmir Məmmədov tərəfindən hazırlanıb.

Ucnoqta.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan Elmir Məmmədov uzun illərdir bu işlə məşğul olduğunu deyib. 23 yaşlı müsahibimiz videonu xüsusi kompüter proqramlarından istifadə edərək ərsəyə gətirib.

Elmir Məmmədov deyir ki, hazırladığı belə vidoları xarici platformalarda çox təqdim edib. O, 3 həftəyə ərsəyə gətirdiyi görüntünün bu qədər ajiotaj yaradacağını gözləmirmiş.

Elmir Məmmədov deyir ki, ölkəmizdə belə videoların hazırlanmasına maraq elə də böyük deyil. O, qarşıya bu sahəni daha da inkişaf etdirmək məqsədi qoyub.

Xəbər xətti