Gəncə və Tovuzda itkin düşən qızlar tapıldı

15:24 - 27 Oktyabr 2023 - Xəbər

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

Xatırladaq ki, Gəncə şəhəri, Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmamış, Tovuzda isə Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşmüşdü.

Xəbər xətti